Cavid İmamverdiyev sıraya döndü

XƏBƏR 11 Aprel 2013 / 15:10 1679
-  A +

Ardıcıl iki oyun zədə səbəbindən meydana çıxa bilməyən “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev artıq zədəsini sağaldıb.

Qol.Az saytına bu barədə futbolçu özü deyib: “Simurq”la oyunda iştirak edə bilərəm.  Tam sağalmışam, baş məşqçimiz şans versə, meydanda olacağam”.

Qeyd edək ki, “Neftçi” sabah Zaqatalaya ciddi itkilərlə gedəcək. Cəzalı olduğu üçün İqor Mitreski, Araz Abdullayev və Flavinyo “Simurq”la oyunda iştirak edə bilməyək. Bundan başqa baş məşqçi Böyükağa Hacıyev də AFFA-nın İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırıldığı üçün komandasına başçılıq edə bilməyək. 

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner