Petkoviç: "Mümkün qədər tez qol vurmaq istəyirik"

Petkoviç: "Mümkün qədər tez qol vurmaq istəyirik"
XƏBƏR 11 Aprel 2013 / 01:00 1829
-  A +

“Latsio”nun baş məşqçisi Vladimir Petkoviç UEFA Avropa Liqasının 1/4 finalında “Fənərbaxça” ilə cavab matçı öncəsi açıqlama verib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, baş məşqçi komandasına çox güvəndiyini deyib: “Qarşılaşmaya səbirlə hazırlaşırıq. Cavab oyununda mümkün olduqca erkən qol vurmaq istəyirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bu mövsüm Avroliqada çox yaxşı çıxış etmişik . Bu uğrumuzu davam etdirmək istəyirik. Buna görə də, turniri tərk etmək niyyətimiz yoxdur”.

49 yaşlı mütəxəssis rəqib haqqında isə deyib: “Fənərbaxça” yarımfinala bizdən bir addım daha yaxındır. Rəqibimiz güclüdür və çox sürətli hücumçulara sahibdirlər. Cavab qarşılamasının ardından kimin daha güclü olduğu məlum olacaq”.

Qeyd edək ki, "Latsio" - "Fənərbaxça" arasında cavab matçı aprelin 11-də baş tutacaq.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner