Pirlo: "Hər şeyi dəyişə bilərik"

Pirlo: "Hər şeyi dəyişə bilərik"
XƏBƏR 10 Aprel 2013 / 19:00 2178
-  A +

“Yuventus”un futbolçusu Andrea Pirlo ÇL-in 1/4 finaı mərhələsinin cavab oyunu öncəsi iddialı açıqlama verib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli futbolçu yarımfinala çıxmağa ümid etdiklərini bildirib: “Münhendəki oyundan sonra  nələri səhv etdiyimizi və mərhələnin taleyini necə geri qaytaracağımızı düşündük. Hələ ki, ümidimiz var. Hər şeyi dəyişə bilərik”.

Pirlo rəqibi də yüksək qiymətləndirib: “Çox güclü oyunçuları var. Tipik alman intizamına malikdirlər. İlk oyunda qələbəyə layiq idilər”.

Qeyd edək ki,  “Yuventus” – “Bavariya” oyunu bu gecə Bakı vaxtı ilə saat 23:45-də başalanacaq.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner