“Atletiko” nümayəndələri “Bakı” ilə yoldaşlıq oyununa görə Azərbaycana gəliblər

“Atletiko” nümayəndələri “Bakı” ilə yoldaşlıq oyununa görə Azərbaycana gəliblər
XƏBƏR 10 Aprel 2013 / 13:37 2123
-  A +

Bu gün Madridin “Atletiko” klubu nümayəndələrinin “Bakı”nın rəhbərliyi ilə görüşü keçirilir. Qol.Az-ın məlumatına görə, görüşdə məqsəd “Atletiko” ilə “Bakı” arasında bu ay nəzərdə tutulan matçın vaxtının dəqiqləşdirilməsidir.

“Bakı”nın icraçı direktoru Yaşar Seyidov gününün sonuna qədər oyunun hansı tarixdə keçiriləcəyinin məlum olacağını söyləyib.

Matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi isə dəqiqləşib. Bu haqda Qol.Az-a mərkəzi arenanın direktoru Akif İsmayılov bildirib. Onun sözlərinə görə, matçın dəqiq tarixi ilə hələlik qəti qərar verilməyib. Bununla belə görüşün aprelin 30-da keçirilməsi ehtimalı çoxdur.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu