Arşavindən gözlənilməz xəbər

Arşavindən gözlənilməz xəbər
XƏBƏR 9 Aprel 2013 / 17:55 5075
-  A +

Londonun “Arsenal” və Rusiya millisinin sabiq hücumçusu Andrey Arşavin haqda gözlənilməz xəbər yayılıb. Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərinin “The London Evening Standard” qəzeti yayda A.Arşavinin futbolçu karyerasını başa vuracağını yazıb.

Arşavinin “Arsenal”la müqaviləsinin müddəti bu mövsümün sonu bitir. London təmsilçisi əsas heyətdə yerini itirən rus oyunçuya yeni müqavilə təklif etmək niyyətində deyil.

Futbolçuya yaxın mənbələr bildirib ki, əgər nüfuzlu klublardan təklif olarsa, 31 yaşlı oyunçu karyerasını davam etdirəcək. Amma hələlik belə bir təklif yoxdur.

Qeyd edək ki, bu yaxınlarda İngiltərə və Rusiya mətbuatı Azərbaycanın “Xəzər Lənkəran” klubunun Arşavini transfer etmək istədiyini yazıb. Lakin “XL”in sahibi Mübariz Mənsimov bu xəbərləri təkzib edib.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner