"Latsio" - "Fənərbaxça" oyununun hakimləri bəlli oldu

"Latsio" - "Fənərbaxça" oyununun hakimləri bəlli oldu
XƏBƏR 9 Aprel 2013 / 15:14 1784
-  A +

"Fənərbaxça"nın "Latsio" ilə UEFA Avropa Liqasının 1/4 fianlının cavab oyununu idarə edəcək hakim bəlli olub.

Qol.Az-ın məlumatına  görə, bu barədə UEFA-nın rəsmi internet saytı xəbər yayıb. Məlumatda bildirilir ki, görüşü çexiyalı hakim Pavel Klaloveç idarə edəcək. Onun köməkçiləri  Roman Slysko və Martin Vilşek olacaq. Dördüncü hakim isə Antonin Karduladır.

Qeyd edək ki, ilk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan "Latsio" öz meydanında boş tribunalar önündə oynayacaq. Oyun aprelin 11-də keçiriləcək.

Son xəbərlər
30.04.26  17:08

Fati satılacaq

topaz banner