Bekhem: “Nou Kamp”a qələbə üçün gedirik”

Bekhem: “Nou Kamp”a qələbə üçün gedirik”
XƏBƏR 9 Aprel 2013 / 13:18 1901
-  A +

PSJ-nin futbolçusu Devid Bekhem Çempinolar Liqasının 1/4 finalında “ Barselona” ilə cavab matçı öncəsi açıqlamalar verib.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə,  futbolçu matçı qazanmaq üçün çox yaxşı heyətə sahib olduqlarını deyib: “İlk oyunda son dəqiqələrdə vurduğumuz qolla xarakterli komada olduğumuzu bir daha göstərdik. Düzdür, həmin görüşdə əldə etdiyimiz nəticə bizim istədiyimiz kimi olmadı, ancaq “Barsa”nı məğlub etmək asan deyil. Bütün bunlara baxmayaraq, biz “Nou Kamp”a qələbə üçün gedirik”.

Xatırladaq ki, “Barselona” – PSJ oyunu sabah keçiriləcək. Bu komandaların ilk görüşü 2:2 hesabı ilə yekunlaşıb.

Daha çox


Son xəbərlər
19.01.26  02:25

"Barselona" uduzdu

Topaz Desktop Banner