Ancelotti: “Messinin oynayıb-oynamaması önəmli deyil”

Ancelotti: “Messinin  oynayıb-oynamaması önəmli deyil”
XƏBƏR 9 Aprel 2013 / 12:57 2053
-  A +

PSJ-nin baş məşqçisi Karlo Ancelotti Çempionlar Liqasının 1/4 finalında sabah keçiriləcək “Barselona” ilə matç öncəsi açıqlama verib.

Qol.Az-ın Fransa  mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis cəsur oynamalarının vacibliyini vurğulayıb: “Çox yaxşı müdafiə olunmalıyıq. Amma yalnız bununla kifayətlənməyib hücum də etməliyik. Rəqibimizin futbolçusu Messinin oynayıb-oynamaması bizim üçün önəmli deyil. Yarımfinala çıxmaq istəyiriksə, qazanmalıyıq”.

Qeyd edək ki, “Barselona” – PSJ matçı sabah baş tutacaq. Bu komandaların ilk görüşü 2:2 hesabı ilə yekunlaşmışdı.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner