Məsut Özil: "Çətin oyun olacaq"

Məsut Özil: "Çətin oyun olacaq"
XƏBƏR 9 Aprel 2013 / 00:56 1937
-  A +

“Real”ın futbolusu Məsut Özil Çempionlar Liqasının 1/4 finalında “Qalatasaray”la cavab matçı öncəsi “Beşiktaş” klubunun eyni adlı televiziya kanalına açıqlamlar verib.

Qol.Az-ın məlumatına görə, İstanbulda olmaqdan məmnunluğunu ifadə edən türk əsilli  futbolçu cavab matçı haqqında bunları deyib: “ İlk matçda 3:0 hesabı ilə qalib gəlsək də, oyunun çətin olacağını düşünürəm. “Qalatasaray” öz meydanında oynayacaq və azarkeşlər onlara böyük dəstək verəcək. Öz oyunumuzu oynasaq, qalib gələcəyimizə inanıram”.

24 yaşlı yarımmüdafiəçi baş məşqçiləri Joze Mourinyo haqqında verilən sualı isə belə cavablandırıb: “Onunla çalışmaq çox gözəldir. Hər zaman mənə dəstək olur. Mourinyo mənim üçün dünyanın ən yaxşı baş məşqçisidir” deyə o bildirib.

Daha çox


Son xəbərlər
19.01.26  02:25

"Barselona" uduzdu

Topaz Desktop Banner