"Legionerlər Azərbaycan"da rubrikasının növbəti qonağı "Qəbələ" FK-nın braziliyalı yarımmüdafiəçisi Lourival Rodriges Assisdir. 29 yaşlı futbolçu ölkəmizdə xanımı Şeyla və oğlu Lohanla birgə yaşayır. Müsahibə zamanı onların hər üçü ilə görüşmək imkanımız oldu. Düzdür, 3 yaşlı Lohana bizə heş nə demədi, amma atası ilə anası suallarımızı ətraflı cavablandırdı.
- Azərbaycana köçmək, burada yaşamaq qərarını necə qəbul etdiniz?
Şeyla: Düzü, Azərbaycana gəlmək istəmirdim. Çünki buranı İraqa, Əfqanıstana bənzədirdim. Elə bilirdim Azərbaycanda qızğın döyüşlər gedir. Ancaq sonra dostlardan, tanışlardan ölkəniz haqqında ətraflı məlumat topladıq. Təbii ki, əvvəllər bura uyğunlaşmaq bir qədər çətin oldu.
- Kişilər qadınlara nisbətən yeni şəraitə daha tez uyğunlaşırlar. Bu mənada, Azərbaycanda üzləşdiyiniz ən böyük çətinliklər hansılar olub?
Şeyla: Ən böyük çətinlik qida ilə bağlıdır. Burada Braziliya mətbəxi yoxdur. Uşaq üçün yeməklər alırıq, ancaq bu da ürəyimizcə olmur.
- Bəs vəziyyətdən necə çıxırsınız?
Lourival: Braziliyadan gələndə özümüzlə yemək gətiririk. Bir baqaj ancaq ərzaqlara gedir. Bəzən 3-4 aylıq azuqə ehtiyatını birdən görməli oluruq. Sözsüz ki, bütün ərzaqları Braziliyadan bura gətirməyə ehtiyac yoxdur. Məsələn, Braziliyadakı düyü ilə burdakı oxşardır. Lakin vətənimizdə çox sevdiyimiz lobyadan Azərbaycanda yoxdur.
- Yəqin ki, ölkəmizə gələndə Braziliyada məşhur olan qəhvə də gətirirsiniz?
Lourival: Yox, buradakı qəhvə xoşumuza gəlir.
- Nə zaman tanış olmusunuz? Neçə ildir ailəlisiniz?
Lourival: Braziliyada eyni şəhərdə doğulub, boya-başa çatmışıq. Evlərimiz də bir-birinə yaxın olub. Yoldaşım məni 15 ildir sevirmiş, mənim xəbərim olmayıb (gülür). Onun məni sevdiyini biləndə, münasibətimizi rəsmiləşdirdik. Amma ailə qurandan 1 ay sonra futbolçu karyerama görə başqa ölkəyə köçdüm. Düz 5 il belə yaşamalı olduq. İldə 1-2 dəfə evə gəlmək imkanım olurdu. Artıq 7 ildir evliyik. Oğlumuzun 3 yaşı var.
- Lourival, səni yaxşı tanısaq da, xanımın barədə məlumatsızıq.
Lourival: Şeyla evdar xanımdır. Ərinin, oğlunun qayğısına qalmağı sevir. Boş vaxtlarında üzgüçülüyə, fitnesə gedir.
- Asudə vaxtlarınızı necə keçirirsiniz?
Lourival: Yay fəsli bizim üçün daha maraqlıdır. Çünki yayda ailəvi Qəbələni gəzirik, görməli yerlərdə oluruq. Qışda əsasən oteldə qalırıq. “Qəbələ”nin oyunları Bakıda keçiriləndə isə matçdan sonra imkan tapıb, şəhəri gəzməyə çıxırıq.
- Lourival Rodriges Assisi necə xarakterizə edərdiniz?
Şeyla: O, çox güclü xarakterə malikdir. İstəyir ki, həmişə övladı üçün nümunə olsun.
- Braziliyanın ən çox nəyi üçün darıxırsınız: karnavalı, çimərliyi, yoxsa...
Lourival: Dənizkənarı üçün çox darıxıram. Çünki ailəmlə sahilə tez-tez gedirik.
Şeyla: Mən karnaval üçün qəti darıxmıram.
Lourival: Yəqin ki, karnavalda çoxlu qızlar olduğuna görə belə deyirsən (gülür).
- Əksər qadınlar futbolu sevmirlər, hətta bu idman növünə nifrət edirlər. Bəs Şeyla, sizin futbola münasibətiniz necədir? Lourivala görə futbola baxırsınız, yoxsa əvvəllər də rəğbətiniz olub?
Şeyla: Mən həqiqətən də futbolu sevirəm. Lourivalın bütün oyunlarını izləyirəm, “Qəbələ”yə azarkeşlik edirəm. Yeganə problem odur ki, Azərbaycanda stadionlara qadınlar gəlmirlər.
- Ailənin oyunu izləməsi səndə ruh yüksəkliyi yaradırmı?
Lourival: Əlbəttə. Həyat yoldaşım və oğlum stadionda olanda, daha yaxşı çıxış etməyə çalışıram. Qol vuranda, həmişə ailəmə doğru qaçıram.
- Lourival, səni “Qəbələ”nin legionerlərindən fərqləndirən bir cəhət də dinə çox bağlılığındır. Bu sevgi haradan irəli gəlir?
Lourival: Mənim anam 7-8 il ağır xəstəlikdən əziyyət çəkib və 2005-ci ildə dünyasını dəyişib. O, vəfat etdikdən sonra həyata baxışım dəyişdi. Anamla birgə bütün arzularımı dəfn etdim. O, mənim həyatdakı uğurlarımı görmədi. Məsələn, istərdim ki, anam necə xoşbəxt ailəm olduğunu, oğlumun doğulduğunu, Azərbaycanda oynadığımı görsün. Burada onunla birlikdə yaşamaq istərdim. Anam dünyasını dəyişən zaman arzuolunmaz hisslər yaşadım, insanlara qarşı münasibətim pisləşdi. Yaxşı ki, sonra özümü toparlaya bildim, nəticədə dinə meylləndim, insanlara kömək etməyə başladım. İndi dini, insanları, xoş əməlləri sevirəm. Din özümə nəzarət etməyə yardımçı olur. Dodo, Dieqo Lopes Kruz, Dieqo Kosta Silvaya da dinin müsbət tərəfləri barədə danışıram, onlarda dinə sevgini artırmaq istəyirəm.
- Bir çox braziliyalılar xarici dilləri çox tez qavrayırlar. Bu baxımdan, Azərbaycan dilini öyrənmək planınız varmı?
Lourival: Azərbaycanca bir neçə söz bilirəm: "nejəsən", "yaxşi", "pis". İki ay öncə ingilis dilini öyrənməyə başladım. Fikrim var ki, ingilis dilindən sonra Azərbaycan dilini də öyrənim. İstəyirəm ki, Azərbaycanda yerli əhali ilə ünsiyyətə girim, onlara kömək edim. Yardımsevərlik mənim ürəyimdən gəlir.
- Lohan özünü çox sakit aparır. Xaraktercə kimə oxşayır?
Şeyla: Məncə, Lohan xarakterinə görə atasına bənzəyir. Yemək və ya digər maddi ehtiyacları olanda məni, oynamaq istəyəndə isə Lourivalı çağırır.
- Oğlunuzun gələcəyi ilə bağlı nə hansı planlarınız var?
Şeyla: Lohan indidən futbol oynamağa başlayıb. Ancaq böyüyəndə futbolçu olmasını istəmirəm. Çünki futbolçu olarsa, 10-11 yaşından etibarən evdən, ailədən uzaqda yaşamalı olacaq.
Lourival: Mənim üçün isə fərqi yoxdur. Əsas odur ki, yaxşı insan kimi yetişsin, əsl kişi xarakterli olsun. İstənilən sahədə ona dəstək verməyə hazırıq. Sözsüz ki, onu futbolçu olmasını istərdim. Ancaq Lohanı heç nəyə məcbur etməyəcəyik.
- Braziliyada təkuşaqlı ailələrə nadir hallarda rast gəlinir...
Lourival: Biz də ikinci övladımızın doğulmasını arzulayırıq. Birinci dəfə həm Şeyla, həm də mən oğlan istəyirdik. İndi hər ikimiz qız övladı diləyirik. Ancaq yenə oğlumuz olsa belə, razı qalacağıq.
- Şeylanın mətbəxlə arası necədir?
Lourival: Şeyla yemək bişirməkdə peşəkardır. Hər ikimiz stroqonof-lazaniya xörəyini sevirik. Bu, Braziliyanın milli xörəyidir, cücə və kremdən hazırlanır.
- Azərbaycan xörəklərindən hansıları dadmısınız?
Şeyla: Mən daha çox düyü ilə lobyanı xoşlayıram. Azərbaycan mətbəxini, demək olar, bəyənmirəm. Yalnız kababı məmnuniyyətlə yeyirəm.
Lourival: Şeyladan fərqli olaraq, mənim üçün prinsipial fərq yoxdur. Azərbaycan yeməklərini də rahat yeyirəm.
- Sonda "Qəbələ" klubu barədə də fikirlərinizi öyrənmək istərdik. Sizcə, komandamız Premyer Liqanı neçənci pillədə başa vuracaq?
Şeyla: Lourival oynasa, "Qəbələ" avrokuboklara vəsiqə qazanacaq (gülür).
Lourival: Mən də bu mövzuda nikbinəm. Hesab edirəm ki, bu heyətlə "Qəbələ" bir sıra uğurlara nail ola bilər. Tam səmimi deyirəm, klub futbolçular üçün bütün şəraiti yaradıb. “Qəbələ”də işlər peşəkarcasına görülür. Klubun əla meydançaları, infrastrukturu var. Avropamiqyaslı yarışlarda iştirak hüququna yiyələnmək üçün şansımız azda olsa var. Sadəcə, bu imkandan istifadə etmək lazımdır.
Mənbə: "Qəbələ" FK qəzeti
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi