Mourinyonun “Beşiktaş”ın stadionunu seçməsinin üç səbəbi

Mourinyonun “Beşiktaş”ın stadionunu seçməsinin üç səbəbi
XƏBƏR 8 Aprel 2013 / 16:21 3108
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyonun Çempionlar Liqasının 1/4 finalında “Qalatasaray”la cavab matçı öncəsi məşq üçün “Beşiktaş”a məxsus “İsmət İnönü” stadionunu seçməsinin səbəbləri məlum olub.

Qol.Az-ın İspaniyanın AS qəzetinə istinadən verdiyi məlumata görə, Mourinyo komandasını hazırlığını “Qalatasaray”ın “casus”larından gizlətmək istəyir.  İkinci səbəb matçın baş tutacağı “Türk Telekom Arena”nın öt örtüyündə problem olmasıdır. Nəhayət, üçüncü səbəb “İnönü” stadionunun “Real”lı futbolçuların qaldıqları otelə yaxın olmasıdır.

Qeyd edək ki, Joze Mourinyo ÇL-də  “Mançester Yunayted”lə oyun öncəsi də eyni addımı ataraq “Old Trafford”un yerinə “Mançester Siti”nin stadionunu seçmişdi.

 

Daha çox


Son xəbərlər
19.01.26  02:25

"Barselona" uduzdu

Topaz Desktop Banner