Xavi: "Bütün mübarizəmizi Vilonovaya həsr edirik"

Xavi: "Bütün mübarizəmizi Vilonovaya həsr edirik"
XƏBƏR 8 Aprel 2013 / 14:49 1986
-  A +

“Barselona”nın futbolçusu  Xavi Ernandes Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab matçı öncəsi açıqlamalar verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu  oyunun əsas favoriti olduqlarını deyib: “İlk matçda 2:2 hesablı bərabərlik bizim üçün yaxşı nəticə oldu. Yarım finala çıxmaq üçün önümüzdə sadəcə 90 dəqiqəlik oyun var. İlk matçda son dəqiqələrdə qol buraxmağımız bizim üçün dərs oldu. Növbəti mərhələyə keçəcəyimizə inanırıq”.

İspaniyalı yarımmüdafiəçi  bu mövsüm qazanacaqları bütün kubokları baş məşqçiləri Tito Vilanovaya həsr edəcəklərini deyib: “ La Liqada, o cümlədən Çempionlar Liqasında istədiyimiz pilllədəyik. Hazırda bütün mübarizəmizi baş məşqçimiz üçün edirik. Çünki, o, yaxşı olan hər şeyə layiqdir”.

Qeyd edək ki, “Barselona” –PSJ matçı aprelin 10-u baş tutacaq

Daha çox


Son xəbərlər
19.01.26  02:25

"Barselona" uduzdu

Topaz Desktop Banner