Ronaldinyo Avropaya qayıtmaq istəyir

Ronaldinyo Avropaya qayıtmaq istəyir
XƏBƏR 8 Aprel 2013 / 13:57 2557
-  A +

Braziliyanın məşhur futbolçusu Ronaldinyo yenidən Avropa klublarında çıxış etmək istədiyini bildirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, futbolçu hələ ki, futboldan getmək istəmədiyini qeyd edib: "Ümid edirəm ki, DÇ-2014-də Braziliya millisinin heyətində yer ala bilərəm. Hazırda milli komandamızı tarixinin ən zəif kollektivi kimi qiymətləndirirlər. Mən bu fikirlərlə razılaşmıram. Braziliyada gənc istedadlı futbolçular çoxdur. Bu dəfəki çempionatda çox sürpriz olacaq. Karyerayama gəlincə isə, 40 yaşıma kimi oynamaq fikrim var. Qarşıdakı illərdə Avropaya qayıtmağı planlaşdırıram".

Xatırladaq ki, hazırda "Atletiko Mineyro"nun formasını geyinən təcrübəli futbolçu  son dəfə Avropa klublarından "Milan"da oynayıb.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır