Azərbaycanlı futbolçular "Adanaspor"a uduzdu (YENİLƏNİB)

XƏBƏR 9 Aprel 2013 / 00:41 3068
-  A +

Azərbaycanlı futbolçular Rail Məlikov və Arif İsayevin çıxış etdiyi Türkiyə birinci liqa təmsilçisi “Dənizlispor” aprelin 8-də növbəti oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, çempionatın 29-cu turunda Dənizli təmsilçisi “Adanaspor”un qonağı olub. Bakı vaxtı ilə saat 22.00-da başlanan oyunda Arif İsayev qol vursa da, komandası məğlubiyyətdən qaça bilməyib - 1:2. Bu, Arif isayevin "Dənizilspor"un heyətində rəsmi oyunlarda ilk qolu olub.

Qeyd edək ki, həmyerlimiz oyuna 74-cü dəqiqədə daxil olub və 90-cı dəqiqədə fərqlənib.

Xatırladaq ki, 28 oyundan 33 xal toplayan “Dənizlispor” 14-cü yeri tutur.

Daha çox


Son xəbərlər
19.01.26  02:25

"Barselona" uduzdu

Topaz Desktop Banner