“Rubin” dördüncü pilləyə qalxdı

XƏBƏR 7 Aprel 2013 / 22:18 2558
-  A +

Kazanın “Rubin” komandası bu gün Rusiya Premyer Liqasında 23-cü turun oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Krasnodarda “Kuban”a qarşı keçirilən oyunda hesab açılmayıb.

Millimizin “Rubin”ə məxsus olan futbolçusu Ruslan Abışov bu oyunda iştirak etməyib. Xəbər verdiyimiz kimi, o, dünən əvəzedici komandaların matçında birinci hissədə meydan çıxıb.

Qeyd edək ki, bu heç-heçədən sonra “Rubin” turnir cədvəlində dördüncü pilləyə yüksəlib. Kazan təmsilçisi 23 oyundan 39 xal toplayıb.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır