Bernhard Raab: “Bəzən çox pis oynayırlar”

Bernhard Raab: “Bəzən çox pis oynayırlar”
XƏBƏR 7 Aprel 2013 / 22:08 1647
-  A +

“Oyuna baxdıqda, “Rəvan” bu gün qələbəyə layiq idi. İlk hissədə üstünlüyə sahib idi və qol vurdu. İkinci hissədə penaltidən istifadə etsəydik, oyunda dönüş yarada bilərdik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab  Topaz Premyer Liqanın 25-ci turunda “Rəvan”a 0:3 hesabı ilə uduzduqları oyundan sonra bildirib.
 
“İkinci hissənin 25-30 dəqiqəsi komandamız daha yaxşı oynadı. Lakin heyətlə bağlı müəyyən problemlərimiz var. 4-5 futbolçu lazımi formada olmadığı üçün oyunda məğlub olduq. Bundan öncəki oyunda penaltidən fərqlənib qələbə qazanmışdıq. Futbolçularımız bəzən çox pis oynayır” – deyə almaniyalı mütəxəssis qeyd edib.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır