Vaqif Sadıqov “Turan” üzərindəki qələbədən danışdı

Vaqif Sadıqov “Turan” üzərindəki qələbədən danışdı
XƏBƏR 7 Aprel 2013 / 21:46 1490
-  A +

“Hər bir oyun bizim üçün vacibdir, qələbə qazanmalıyıq. Bu il ilk dəfədir ki, “Turan”ı məğlub etdik. Qələbə, təbii ki, xoşdur. Oyun boyu qol imkanlarımız çox oldu, hamısından yararlana bilmədik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib. Bu gün AZAL Topaz Premyer Liqanın 25-ci turunda “Turan”a 2:0 hesabı ilə qalib gəlib.

“Hər oyunda 3-4 oyunçu itiririk. Con Oluremi komandaya gələndə fiziki durumu yaxşı deyildi, lakin onun potensialı nəzərə alıb müqavilə imzaladıq. Özünü doğrultmağa başlayır” – deyə V.Sadıqov vurğulayıb.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır