“Qalatasaray”ı oyuna qadın məşqçi çıxaracaq!

“Qalatasaray”ı oyuna qadın məşqçi çıxaracaq!
XƏBƏR 7 Aprel 2013 / 14:37 4105
-  A +

Türkiyə superliqasının “Mersinidmanyurdu”na qarşı dünən keçirilən matçında Fatih Terimdən sonra onun köməkçiləri Həsən Şaş və Ümit Davala da hakim tərəfindən tribunaya göndərilib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, hər üç məşqçiyə Türkiyə Futbol Federasiyası tərəfindən cəza veriləcək. Bu halda isə ortaya sual yaranır: “Qalatasaray”ı superliqadakı “Karabükspor”la oyuna hansı məşqçi meydana çıxaracaq?

Məsələylə bağlı Fatih Terim bildirib ki, ola bilər, texniki zonada onu Duyğu Ərdoğan əvəz etsin. “İmperator”un sözlərinə görə, D.Ərdoğan qadınların futbolda daha çox yer almasını istəyir.

D.Ərdoğan bir müddətdir ki, “Qalatasaray”da çalışır.

Qeyd edək ki, D.Ərdoğanla yanaşı məşqçilərin oturacağı yerdə  Klaudio Taffarel də yer alacaq.
 


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır