"Mən vurmayım, başqası vursun, nə fərqi, təki qalib gələk"

"Mən vurmayım, başqası vursun, nə fərqi, təki qalib gələk"
XƏBƏR 7 Aprel 2013 / 01:58 3203
-  A +

"Rəvan"ın futbolçusuuan Manuel Varea klubun rəsmi saytına maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, futbolçu Topaz Premyer Liqanın 25-ci turunda "Sumqayıt"a qarşı keçirəcəkləri oyun haqda danışıb: "Oyuna hazırlıq çox yaxşı keçdi. Demək olar, oyuna tam hazırıq. Meydana yalnız qələbə üçün çıxacağıq. Düzdür, bu rəqiblə əvvəlki 2 oyunda fərqlənmişəm. Amma indi bunun elə bir önəmi yoxdur. Əsas komanda şəklində yaxşı oynayıb yaxşı nəticə qazanmaqdır. Qol vuracağımı əminliklə deyə bilmərəm. Çünki komanda oyununa üstünlük verirəm. Mən vurmayım, başqası vursun, nə fərqi, təki qalib gələk. Hazırda hər oyunda qələbə qazanmaq daha vacibdir".
 
Məqsədinin yalnız qol vurmamaq olduğunu deyən argentinalı hücumçu əlavə deib: "Əlbəttə, fərdi məqsədlərim də var. Amma bu heç vaxt komandanın mənafeyindən üstün ola bilməz. Qısası, yenə qol vursam, həm özüm, həm də komanda üçün əla olardı. Ancaq sırf qol üçün oynamayacam. Komanda kimi yaxşı oynasaq, şanslarım da öz-özünə yaranacaq”.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır