Torresdən "Atletiko" açıqlaması

Torresdən "Atletiko" açıqlaması
XƏBƏR 6 Aprel 2013 / 16:44 2600
-  A +

“Çelsi”nin futbolçusu Fernando Torres mövsümün sonun “Atletiko” klubuna keçəcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  “As” qəzetinə müsahibə verən futbolçu yaxın vaxtlarda köhnə klubu “Atletiko”ya dönməyi düşünmədiyini bildirib: “Evə dönmədən öncə “Çelsi”də görüləsi işlərim var. İndi “Atletiko”ya qayıtmağın vaxtı deyil. Köhnə klubu əsla unutmuram. Amma hazırda indiki klubumla 3 illlik müqaviləm var”.

İspaniyalı hücumçu əsas məqsədinin milli komandanın heyətinə daxil olmaq olduğunu deyib: “Bunun üçün “Çelsi”də mütəmadi olaraq forma geyməliyəm. Əgər hər şey yolunda getsə, yığmanın qapıları yenidən üzümə açılacaq”.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner