Radamel Falkaodan transfer açıqlaması

Radamel Falkaodan transfer açıqlaması
XƏBƏR 6 Aprel 2013 / 12:45 3348
-  A +

“Atletiko”nun hücumçusu Radamel Falkao bu günə qədər hansısa transfer təklifi almadığını bildirib. Qol.Az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, ulduz futbolçu Madrid klubu ilə hələ üç illik müqaviləsi olduğunu xatırladıb.

“Əlbəttə, nə zamansa bu komandadan ayrılacağam. Hələlik isə özümü burada xoşbəxt hiss edirəm. Heç bir klubdan dəvət almamışam” – deyə o vurğulayıb.

Falkao Lionel Messi və Kriştiano Ronaldo barədə də fikirlərini açıqlayıb: “Hazırda futbolun zirvəsində yer alan bu iki oyunçu ilə rəqabətdəyəm. Onlardan hansının daha güclü olduğunu deyə bilmərəm. Çünki hər ikisi əla oyunçudur”.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner