“Qalatasaray”lı futbolçu PSJ və “Nyukasl”ın hədəfində

“Qalatasaray”lı futbolçu PSJ və “Nyukasl”ın hədəfində
XƏBƏR 6 Aprel 2013 / 11:45 3666
-  A +

Son zamanlar uğurlu çıxışı ilə seçilən “Qalatasaray”ın futbolçusu Dani PSJ və “Nyukasl”ın maraq dairəsinə düşüb.

Qol.Azın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mövsümün əvvəlində 3.3 milyon avroya “Qaziantepspor”dan “Qalatasaray”a transfer olunan kamerunlu futbolçu üçün fransız klubu bu məbləğin ikiqatını verməyə hazırdır. Fransa vətəndaşlığı da olan Daninin tranferi üçün Paris təmsilçisinin yaxın zamanlarda rəsmi olaraq görüşmələrə başlayacağı bildirilir.

İngiltərənin “Nyukasl” klubu  da Danin heyətinə qatmaqda israrlı olduğu iddia edilir.

Daha çox


Son xəbərlər
19.01.26  02:25

"Barselona" uduzdu

Topaz Desktop Banner