UEFA Burakın cəzasını ləğv etmədi

UEFA Burakın cəzasını ləğv etmədi
XƏBƏR 6 Aprel 2013 / 02:46 2915
-  A +

UEFA “Qalatasaray”ın futbolçusu Burak Yılmazın  Çempionlar Liqasının 1/4 finalının “Real”la  matçında aldığı sarı vərəqənin ləğvi üçün şikayət ərizəsinə cavab verib.

Qol.Az-ın məlumatına görə, UEFA İntizam Komitəsinin 20-ci maddəsini əsas tutaraq "Qalatasaray"ın şikayətini qəbul etməyib. Bu maddənin şərtlərində isə bildirilir: "Oyun zamanı hakim tərəfindən verilən qərarlar son qərardır və İntizam Komitəsi tərəfindən müzakirə edilə bilməz. Yalnız bir halda qərar dəyişririlə bilər ki, hakim səhvən başqa futbolçunu cəzalandırsın". Ona görə də, UEFA "Qalatasaray"ın şikayətini qəbul etməyib.

Qeyd edək ki, hakim Buraka onu aldatdığı üçün sarı vərəqə verib. Lakin təkrar kadrlardan görünür ki, futbolçu qəsdən yıxılmayıb, rəqib futbolçu açıq-aşkar onun ayağını tapdalayıb.

Daha çox


Son xəbərlər
19.01.26  02:25

"Barselona" uduzdu

Topaz Desktop Banner