Millimizdə daha bir dəyişiklik edildi

XƏBƏR 5 Aprel 2013 / 16:33 1922
-  A +

Aprelin 8-dən 13-ə qədər Moldovada təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində daha bir dəyişiklik edilib.

Qol.Az-ın AFFA-nın saytına istinadın yaydığı xəbərə görə, Azad Rəhimovun ("Torpedo", Rusiya) əvəzinə hazırlıq prosesinə Fəhmin Muradbəyli ("Neftçi") dəvət olunub.

Xatırladaq ki, bundan əvvəl Coşqun Diniyevin ("İnter") zədəli olduğu üçün, Mirkamil Həşimlinin isə "Fənərbaxça" (Türkiyə) klubunun heyətində turnirdə iştirak edəcəyinə görə yığmanın təlim-məşq toplanışına qatılmayacağı müəyyənləşmişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner