“İnter”də daha bir ciddi itki

“İnter”də daha bir ciddi itki
XƏBƏR 5 Aprel 2013 / 12:07 1726
-  A +

“İnter”in argentinalı hücumçusu Rodriqo Palasio ən azı üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, buna futbolçunun A seriyasında “Sampdoriya” ilə matçda zədələnməsi səbəb olub.

Əzələsinin dartılan futbolçunun həkimi hələlik zədənin dərəcəsinin müəyyənləşmədiyi bildirib: Ancaq o, futbolçunun ən yaxşı halda 20, ən pis halda isə 40 gün forma geyə bilməyəcəyini deyib.

Qeyd edək ki, bundan əvvəl “İnter”in daha bir hücumçusu - Dieqo Milito da zədələndiyi üçün komandasına kömək edə bilmir.


Son xəbərlər
30.04.26  17:08

Fati satılacaq

topaz banner