Aykut Kocaman: “Üstünlüyümüz soyuqqanlılığımızdır”

Aykut Kocaman: “Üstünlüyümüz soyuqqanlılığımızdır”
XƏBƏR 4 Aprel 2013 / 17:25 1498
-  A +

“Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman Avropa Liqasının 1/4 finalında bu gün “Latsio”ya (İtaliya) qarşı keçiriləcək matç öncəsi açıqlama verib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, yaxşı oyun nümayiş etdirəcəklərini deyib: “Ən böyük üstünlüyümüz soyuqqanlılığımız və mübarizliyimizdir. İlk matçı evdə və ya səfərdə oynamaq bizim üçün önəmli deyil. Topla yaxşı oynamağı bacaran qələbə qazanacaq. Bu matçda azarkeşlərin dəstəyinə çox böyük ehtiyacımız var”.

Türkiyəli mütəxəssis rəqib haqda deyib: “Latsio” İtaliya futbolunun nəhənglərindəndir. Hər iki komandanın növbəti tura keçməyi üçün şanları var”.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq