PSJ-nin futbolçusu Zlatan İbrahimoviç “Mançester Yuyanted”in hücumçusu Ueyn Runini komandalarında görmək istəyir.
Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, isveçli futbolçu Runiyə MY-dən ayrılarsa, PSJ-ə gəlməsini məsləhət görüb: “Runi nə edəcəyini bilən futbolçudur. Klubların onunla niyə maraqlandığını bilmək çətin deyil. O, dunyanın ən yaxşı ən yaxşı hücumçusundan biridir. Ancaq Runi futbol adına ən böyük komadalardan birində oynamaq istəyirsə, PSJ-ni seçməlidir. Bizim qapımız onun üzünə açıqdır”.
Qeyd edək ki, hazırda baş məşqçisi Aleks Fergüssonla münasibətləri yaxşı olmayan, o cümlədən son oyunlar heyətdə yer almayan Runinin MY-dən ayrılacağı iddia edilir.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"