Bu ilin may-iyun aylarında Bakıda AFFA-nın təşkilatçılığı ilə keçiriləcək 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III Caspian Cup beynəlxalq turnirində daha bir komandanın iştirakı təsdiqlənib. Qol.Az-ın AFFA-ın saytına istinadən yaydığı xəbərə görə, turnirdə iştirakla bağlı növbəti təsdiq məktubu AFFA-ya Uruqvay Futbol Assosiasiyasından göndərilib.
Beləliklə, müvafiq yaş qrupundan ibarət Uruqvay yığması III Caspian Cup beynəlxalq turnirində iştirak edəcək.
Xatırladaq ki, Yaponiya, Türkiyə və ABŞ yığmalarının da III Caspian Cup beynəlxalq turnirində iştirakı təsdiqlənib.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"