Droqba: "Real" bizdən cəsur və istəkli oldu"

Droqba: "Real" bizdən cəsur və istəkli oldu"
XƏBƏR 4 Aprel 2013 / 03:11 2416
-  A +

“Qalatasaray”ın futbolçusu Didye Droqba Çempionlar Liqasının 1/4 finalında “Real”a oyundan (0:3) sonra fikirlərini bildirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hücumçu məğlubiyyətin səbəbini rəqibə nisbətən daha az təcrübəli olmaqda görüb: “Hələlik öyrənirik. Gənc bir komandaya sahibik. Burada oynamaq və bu nəticəni əldə etmək bizim üçün dərs oldu".

Fildişi Sahilli futbolçu “Real”la eyni səviyyədə oynamağa çalışdıqlarını da qeyd edib: “Ancaq nəticə onlar üçün sərfəli oldu. Bizdən daha cəsur və istəkli oyun nümayiş etdirdilər” - deyə o bildirib.

Qeyd edək ki, “Real” - “Qalatasaray” matçı 3:0 hesabı ilə başa çatıb.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq