Topaz Premyer Liqasının növbəti turunda “Rəvan”la qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, U-21-in düşərgəsində zədələnmiş komandanın müdafiəçisi Slavik Alxasov artıq sağalaraq sıraya dönüb. 20 yaşlı futbolçu yığmadakı çıxışı və hazırlıq prosesi barəsində fikirlərini bildirib: “21 yaşadək futbolçulardan ibarət komandamız hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu keçirib. Yığmamız Macarıstan klubu, Gürcüstan və Albaniya milliləri ilə üz-üzə gəlib. U-21-in heyətində iki görüşdə meydana çıxmışam. Normal oyun sərgilədiyimi düşünürəm. Albaniya ilə qarşılaşmada başımdan ciddi zədə aldım. İkili mübarizə zamanı rəqib futbolçunun dizi başıma dəydi. Nəticədə meydanda huşumu itirdim. Həkimlərin səyi nəticəsində özümə gəlsəm də, mənə bir müddət məşq etməmək tapşırığı verildi. Hazırda başımda bir az ağrılar qalsa da, özümü normal hiss edirəm. Artıq komanda ilə məşqlərə də başlamışam. İnşallah növbəti turda komandama kömək edərəm”.
Slavik Alxasov arxada qalan “Kəpəz”lə oyun və qarşıdakı “Rəvan”la qarşılaşma barəsində də danışıb. Futbolçu növbəti oyunda əsas vəzifələrinin qələbə qazanmaq olduğunu bildirib: “Kəpəz”lə oyunda komandamız kifayət qədər qol imkanı yaratdı. Hətta iki dəfə qapı dirəyi, iki dəfə isə Gəncə klubunun qapıçısı komandasını real qoldan xilas etdi. Buna baxmayaraq, 3 xalı qazana bildik. Komandada irəliləyiş hiss olunur. Son 3 görüşdə 7 xal qazanmışıq. İnşallah növbəti görüşdə “Rəvan”ı da üstələyib, mövqeyimizi bir qədər də yaxşılaşdırarıq.”
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi