"Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası Ukraynanın Donetsk şəhərindəki təlim-məşq toplanışını yekunlaşdırıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, toplanışın son günündə komanda "Şaxtyor"un bazasını və "Donbass Arena"nı gəzib, klubun təsisləri ilə yaxından tanış olub. Daha sonra "Qəbələ" toplanış çərçivəsində son yoxlama oyununu keçirib. Yerli "Metallurq"la qarşılaşan təmsilçimiz matçdan sülhlə ayrılıb - 1:1. "Qırmızı-qaralar"ın yeganə qoluna Fərid Nəbiyev imza atıb.
Xatırladaq ki, komandamız Ukraynada 3 yoxlama oyunu keçirib. İlk görüşdə "Şaxtyor-2" üzərində 4:0-lıq qələbə qazanan "Qəbələ", ikinci matçda "Şaxtyor"a 1:9 hesabilə məğlub olmuşdu.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"