“Yuventus”un baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya məğlubiyyəti (0:2) şərh edib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, o, komandasının yaxşı oyun nümayiş etdirmədiyini deyib: “Rəqib bizdən daha yaxşı idi. Çətin oyun olacağını əvvəldən bilirdik. İndi ancaq cavab matçını düşünürük”.
İtaliyalı mütəxəssis rəqibin “Barselona” və “Real” səviyyəsində bir komanda olduğunu vurğulayıb: “Bavariya” həm fiziki cəhətdən, həm də mübarizlik baxımından çox güclü klubdur. Keçən mövsüm penaltilərə görə finala çıxa bilmədikləri üçün bu dəfə daha çox istəklidirlər”.
Qeyd edək ki, “Bavariya” – “Yuventus” matçı 2:0 hesabı ilə başa çatıb.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"