Bakının “İnter” klubu cari mövsümdə ilk ev məğlubiyyətini alıb. Topaz Premyer Liqasının XXIV turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzan Kaxaber Sxadadzenin komandası martın 30-da baş tutan oyunadək cari mövsümdə öz meydanında uduzmayan yeganə komanda idi.
“İnter” öz meydanında 15 məğlubiyyətsiz oyundan sonra məğlub olub. Bakılılar sonuncu dəfə ötən il martın 18-də yenilmişdi. İndi olduğu kimi həmin vaxt da final mərhələsinin – ilk “altılığ”ın 1-ci ev oyununda “İnter”i “Neftçi” məyus etmişdi. Böyükağa Hacıyevin yetirmələri 375 gün əvvəl rəqibinə 2:1 hesabı ilə qalib gəlmişdi.
Ardıcıl 15 ev matçında uduzmayan bakılılar bu müddətdə 9 qələbə qazanıb və 6 heç-heçə edib. Yenilməzlik dövründə Sxadadzenin yetirmələri 24 qol vurub və 12-ni buraxıb.
Bu seriya evdəki oyunlar üçün “İnter”in 4-cü uzun seriyasıdır. Bunadək bakılılar ayrı-ayrı vaxtlarda 31, 22 və 19 oyun öz meydanında yenilməz olub.
Qeyd edək ki, evdə uduzmamaq üzrə Azərbaycan rekordu “Neftçi”yə məxsusdur. 1992-1996-cı illərdə ardıcıl 57 ev matçında (texniki nəticələr nəzərə alınmır) yenilməyən flaqmanın bu rekordu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən də tanınıb. “Ağ-qaralar”la yanaşı 54 matçlıq məğlubiyyətsizlik seriyası olan “Turan” da dünya klublarının ən uzun ev məğlubiyyətsizliyi siyahısına daxil olub. IFFHS-in martın 21-də açıqladığı ilkin siyahıda “Neftçi” 16-cı, “Turan” 19-cu idi (pfl.az).
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi