Topaz Premyer Liqanın XXIV turu “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşakın Azərbaycanda debütü ilə əlamətdar oldu. AZAL-la ev oyununda qələbə qazana bilməyən (1:1) cənubluların uelsli çalışdırıcısına qədər 40 legioner mütəxəssis Azərbaycan çempionatında meydana komanda çıxarmışdı. Onların bəziləri baş məşqçi, bəziləri isə istefaya göndərilən çalışdırıcını əvəzləyicisi kimi iş başında olub. Toşak bu siyahıya 41-ci məşqçi kimi düşüb.
O, ölkəmizdə çalışan ilk uelsli oldu. Bunadək daha 17 ölkə təmsilçisi Azərbaycan çempionatında iş başında olub: Türkiyə - 10, Ukrayna – 7, Gürcüstan – 4, Almaniya, Serbiya – hərəsi 3, Bosniya və Herseqovina - 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Rusiya, Xorvatiya, İspaniya – hərəsi 1. Uels bu siyahıda 18-ci oldu.
Toşaka qədər 2 klub daha çox – hərəyə 6 əcnəbi baş məşqçiyə güvənmişdi. “Bakı” ilə şərikli rekordun sahibi olan “Xəzər Lənkəran”ın tarixində 7-ci əcnəbi olan uelsli komandasının bu göstəricidə 1-ci olmasına töhfə verdi. Toşaka qədər onun komandasında Rasim Kara, Şenol Fidan, Viktor Pasulko, Mirça Rednik, Cüneyt Biçər və Karles Martorell də çalışmışdı. Digər klublar isə əcnəbi məşqçi sayında “Xəzər Lənkəran”dan geri qalır: “Xəzər Lənkəran” - 7, “Bakı” - 6, “İnter”, “Simurq” – hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” – hərəsi 3, “Muğan”, AZAL, “Qəbələ”, “Rəvan” – hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəsi 1.
Qeyd edək ki, 5 mütəxəssis – Kaxaber Sxadadze, Cüneyt Biçər, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Alispahiç Premyer Liqada 2 klubda çalışıb (pfl.az).
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi