Topaz Premyer Liqanın XXIV turunun “Turan” - “Rəvan” oyunu bir sıra məqamlarla əlamətdar oldu. Qonaqların ilk hissədən sonra 1:2 hesabı ilə geridə olub, fasilədən sonra 5 qol vurması onlara 6:2 hesablı qələbə qazandırdı. Bu görüş həm də het-triklə diqqət çəkdi.
Mövsümdə 2-ci
“Turan”ın qapısına 3 qol vuran Juan Varea mövsümün 2-ci het-trikinin müəllifi oldu. İlk belə hadisə ötən il dekabrın 2-də qeydə alınmışdı. Onda “Turan”ın malili legioneri Salif Ballo “Kəpəz”lə matçda 3 qol vurmuşdu. Ballo komandasına qərb derbisində 5:1 hesablı qələbə qazandırmışdı.
“Rəvan”da 3-cü
Varea şərəfini qoruduğu “Rəvan”ın tarixinə Premyer Liqada ilk het-trik müəllifi kimi düşüb. Lakin klubun tarixində daha 2 het-trik var. Bunların hər ikisi İzzətəli Süleymanovun hesabındadır. O, komandası I divizionda çıxış etdiyi 2010/11 mövsümündə əvvəl “MKT Araz”, ardınca “Energetik”lə matçlarda 3 qol vurub. 2010-cu il müvafiq olaraq oktyabrın və noyabrın 17-də olan görüşlərdən birincisi evdə, ikincisi səfərdə keçirilib.
Argentinadan 1-ci, legionerlərdən 30-cu
Varea Azərbaycan çempionatları tarixinə het-trik müəllifi olan ilk argentinalı kimi düşüb. Ona qədər 16 ölkədən olan əcnəbilər 29 dəfə 1 oyuna 3 qol vurmuşdu. Varea yubiley – 30-cu het-trikin müəllifi oldu. Daha çox isə gürcüstanlılar fərqlənib: Gürcüstan – 6, Nigeriya, Braziliya – hərəsi 3, Moldova, Ukrayna, Özbəkistan, Litva – hərəsi 2, Seneqal, Serbiya, İran, Türkiyə, Sloveniya, Fil Dişi Sahili, Latviya, Uruqvay, Mali, Argentina – hərəsi 1.
İlk “6”, ikinci “4”
“Turan”la səfər oyununda 6:2 hesabı ilə qalib gələn “Rəvan” Premyer Liqada ilk dəfə 6 qol vurdu. Bunadək heç vaxt bu qədər məhsuldar olmayan paytaxt təmsilçisi 2-ci dəfə 4 top fərqinə sevindi. Ötən il aprelin 28-də evdə “Kəpəz”i 5:1 hesabı ilə məğlub edən “Rəvan” Premyer Liqa tarixində özünün 2-ci, səfərdə isə 1-ci böyükhesablı qələbəsini qazandı. Komandanın tarixindəki ən böyük qələbə isə I divizionda qeydə alınıb. 2010-cu il noyabrın 17-də bakılılar səfərdə “Energetik”i 8:0 hesabı ilə məğlub edib.
43-cü dəfə
“Turan” isə ölkə çempionatında 43-cü böyükhesablı məğlubiyyətini alıb. Tovuz təmsilçisi sonuncu dəfə belə ağır məğlubiyyəti bu il fevralın 13-də “Bakı” ilə ev oyununda almışdı – 0:4. Qərblilərin 6 və daha çox qol buraxdığı son matç isə 2008-ci il noyabrın 22-də olmuşdu. Həmin vaxt “Bakı” qonaqları 7:0 yenmişdi.
Mövsümdə 3-cü “5”
Cari mövsüm çempionatda 3-cü dəfə 1 komanda 1 hissədə 5 qol vurdu. Bunadək “Neftçi” “Sumqayıt”la ötən il noyabrın 17-dəki matçın 1-ci, AZAL isə bu il martın 3-də “Qəbələ” ilə görüşün 2-ci hissəsində rəqib qapısından 5 top keçirmişdi.
Məhsuldarlıq
Qarşılaşmada qapılara 8 qol vuruldu ki, mövsümdə 3-cü dəfə belə yüksək məhsuldarlıq qeydə alındı. Bunadək 1 oyunda 9, daha bir matçda isə indiki kimi 8 qol vurulmuşdu. Ötən il noyabrın 17-də “Neftçi” – “Sumqayıt” matçında 8:1, sentyabrın 16-dakı AZAL – “Qarabağ” görüşündə 6:2 hesabı qeydə alınmışdı “Rəvan”a qədər cari mövsümdə səfərdə 6 qol vuran yalnız 1 komanda olub. Ötən il avqustun 19-da “Sumqayıt” – “Qarabağ” matçında 1:6 hesabı qeydə alınıb.
Mənbə: pfl.az
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi