“Barselona”nın futbolçusu David Vilya Çempionlar Liqasının 1/4 finalının PSJ ilə matç öncəsi açıqlamalar verib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu qarşılaşmanın çox çətin olacağını deyib: “Hər iki komanda qələbə qazanmaq gücündədir. Səfərdə qol vurmağın çox vacib olduğunu bilirik. Buna görə də qol vurmaq üçün əlimizdən gələni edəcəyik”.
PSJ-nin futbolçusu Zlatan İbrahimovi haqda da danışan Vilya onun dayandırmağın çox çətin olacağını vurğulayıb: “Ancaq müdafiəçilərimizə güvənirəm. Daha öncə də ona qarşı oynayıblar və qalib gəliblər”.
Qeyd edək ki, PSJ - “Barselona” matçı bu gün oynanılacaq.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?