“Düzünü deyim, çoxdan “Qarabağ”da oynamaq istəyirdim. Çünki bir ağdamlı kimi, bu klubun şərəfini qorumaq istəyirdim. Elə oldu ki, çempionat başa çatdıqdan sonra, klub rəhbərliyi ilə danışıb razılığa gəldik. Milli komandanın oyunlarından sonra isə, komandanın icraçı direktoru Əmrah Çəlikəllə görüşdük və keçidim rəsmləşdi. Bu gün isə, klubun ofissində rəsmi müqaviləyə qol çəkdim”. Nadirov digər klublardan da təklif aldığını gizlətmədi: “Təkliflər çox idi. “İnter”, “Bakı”, “Simurq” və “Qəbələ” klubları da, məni öz heyətində görmək istəyirdi. Təklif də göndərmişdilər. Lakin bir ağdamlı kimi “Qarabağ”ın şərəfini qorumağı özümə borc bildim və doğma rayonumun komandasını seçdim. Təbii, Avropada legioner həyatı yaşamaq da ürəyimdən keçir. İnşallah, bu arzum da gələcəkdə həyata keçər”. Vüqar “Qarabağ”ın avrokuboklardakı gələcək çıxışı haqqında da, fikirlərini bildirdi: “İnşallah, Avropada uğur qazanacağımıza inanıram. Düzdür, bizi çətin mübarizə gözləyir. Üstəlik, ikinci mərhələdən yarışlara qoşulacağıq. Burada püşkün kimi bizə rəqib edəcəyindən də, çox şey asılıdır. Istənilən halda, əlimizədn gələni edəcəyik ki, həm “Qarabağ”ı, həm Qarabağı, həm də Azərbaycanı Avropada layiqincə təmsil edək”.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?