Serxio Ramos: "Qalatasaray" Burakdan ibarət deyil"

Serxio Ramos: "Qalatasaray" Burakdan ibarət deyil"
XƏBƏR 1 Aprel 2013 / 11:29 2317
-  A +

“Real”ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının 1/4 finalda “Qalatasaray”la oynanılacaq matç öncəsi açıqlama verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu rəqibin çox yaxşı heyətə sahib olduğunu və yalnız Burakdan ibarət olmadığını  deyib: “Burak  yaxşı futboçudur, amma heyətdəki  digər futbolçularda çox güclüdür” deyə o bildirib.

İspaniyalı müdafiəçi komanda yoldaşı İker Kasilyasın yenidən komandaya dönməsinə sevindiyini də ifadə edib: “Amma matçda Lopez və ya Kasilyasın oynamasından asılı olmayaraq bizim əsas işimiz müdaifəni yaxşı qurmaq və onların işini rahatlaşdırmaq olacaq” - deyə o bildirib.

Qeyd edək ki, “Real” – “Qalatasaray” matçı aprelin 3-ü baş tutacaq.

Son xəbərlər