"Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində - IV Vodafone Beynəlxalq Turnirində dünən iki oyun keçirib.
Qol.Az-ın məlumatına görə, ilk matçda Qəbələ təmsilçiləri Türkiyənin köklü klublarından "Bursaspor"lu həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşmada daha yaxşı təsir bağışlayan qardaş ölkə təmsilçisi 4:0 hesabilə qalib gəlib.
Günün ikinci görüşündə "qırmızı-qaralar" “Kosova SDC – İFA” ilə qarşılaşıb. Qrupun ikinci matçında üstün oyun nümayiş etdirən "Qəbələ" rəqibini 5:0 hesabilə məğlub edib.
Qeyd edək ki, qrup mərhələsinin son oyununda "qırmızı-qaralar" bu gün "Kızılcahamamspor"la üz-üzə gələcək.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?