Vaqif Sadıqov: "Komandamla fəxr edirəm"

Vaqif Sadıqov: "Komandamla fəxr edirəm"
XƏBƏR 30 Mart 2013 / 20:42 2384
-  A +

“Rəqib komandaya yeni baş məşqçi təyin olunduğundan fərqli oyun olacağını bilirdik. Oyunumuzu pressinq və əks-hücum üzərində qurmuşduq. İlk hissədə qol istəyimizə çatdıq".
 
Qol.Az-ın məlumatına görə bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqanın 24-cü turunda "Xəzər Lənkəran" qarşı oyundan (1:1) sonra deyib.

V. Sadıqov komandası haqda xoş sözlər deyib: "Fikrimcə hər iki komanda ilk altılığa layiqdir və bugünkü oyun da bunu göstərdi. Hesabı oyuna görə ədalətli sayıram. Komandam ilə fəxr edirəm”.

Son xəbərlər