Bu gün mayın 1-5-də ölkəmizdə keçiriləcək “Tour d’Azerbaidjan 2013»” beynəlxalq velosiped turunun təqdimatı olub.
Qol.Az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə Velosiped İdmanı Federasiyasının vitse-prezidenti və turun təşkilat komitəsinin sədri Sahib Ələkbərov açaraq bildirib ki, «Tour d’Azerbaidjan 2013»- Azərbaycanın paytaxtı Bakı şəhərində start götürəcək və ölkənin yeddi rayonunun ərazisində keçiriləcək UCI Europe Tour çərçivəsində 2.2 kateqoriyalı veloyürüşdür. O qeyd edib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində son vaxtlar velosiped idmanının inkişafına da böyük təkan verilib. S.Ələkbərov bu istiqamətdə görülən işlər barədə məlumat verib, 2012-ci ilin may ayında Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş U23 kateqoriyalı beynəlxalq velosiped turu, ilk milli velosiped komandası olan «Sinerjy Baku Cycling Project»in yaradılmasından keçən qısa müddət ərzində qazanılmış nailiyyətlərdən, velotrekdə və yeni yaradılan velosiped parkında aparılan yenidənqurma və abadlıq işlərindən danışıb.
Sonra S.Ələkbərov velotur barədə məlumat verərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan «Tour d’Azerbaidjan 2013» beynəlxalq velosiped turunun Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə təşkil olunduğunu, turun açılışının və iştirakçı komandaların təqdimatının aprel ayının 30-da Dənizkənarı Milli Parkda keçiriləcəyini bildirib.
Turun təşkilat komitəsinin üzvü, Almaniyanın «Freunde event Logistic GmBH» şirkətinin direktoru Albrext Röeder veloturun marşrutları barədə məlumat verib. Qeyd edilib ki, yarışın 1-ci mərhələsi may ayının 1-də Heydər Əliyev Mərkəzinin yanından start götürərək ümummilli liderinin adını daşıyan mərkəzi prospektlə metronun «Koroğlu» stansiyası arasında 11 dəfə dövrə vurduqdan sonra Heydər Əliyev Mərkəzinin yanında başa çatacaq. Marşrutun ümumi uzunluğu 157 km-dir.
Növbəti gün velosipedçilər yeni yaradılmış velosiped parkından start götürərək Böyük Qafqaz sıra dağları istiqamətində yola düşəcəklər və 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllı şəhərində finiş xəttini keçəcəklər. May ayının 3-də yarış iştirakçıları Qəbələ şəhərindən start götürərək, Oğuz rayonundan keçməklə Şəki şəhərinə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (165 kilometr) qayıdacaqlar.
May ayının 4-də tur iştirakçıları Qəbələdən start götürərək, İsmayllı rayonundan keçməklə Şamaxı şəhərinə yollanacaqlar. İdmançılar 116 kilometr məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.
146 kilometr uzunluğu olan son mərhələ Azadlıq meydanından başlayaraq, Bakı şəhərinin mərkəzi küçələri və prospektlərindən keçərək Hökumət evinin qarşısında başa çatacaq.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər