Məsut Özil “Qalatasaray”la oyundan danışdı

Məsut Özil “Qalatasaray”la oyundan danışdı
XƏBƏR 29 Mart 2013 / 14:26 2529
-  A +

“Real”ın türk əsilli alman futbolçusu Məsut Özil Çempionlar Liqasının 1/4 finalda rəqibləri olan “Qalatasaray” haqqında danışıb.
 
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, rəqibin hazırkı durumunun çox yüksək səviyyədə olduğunu deyib: “Qalatasaray” keçmişdə böyük uğurlar əldə edib. Amma uzun illərdər, bu səviyyəyə gəlməyib. Hazırda heyətində hər kəsin tanıdığı futbolçular var. Bizə qarşı da çox böyük istəklə oynayacaqlar”.
 
Alman futbolçu baş məşqçiləri Joze Mourinyonun Türkiyəyə gedib “Qalatasaray”ın matçını izləməsini normal qəbul edib. O bildirib ki, portuqaliyalı mütəxəssis hər zaman rəqiblərə hörmət edir:” Bizə də görüşün heç də asan olmayacağını söyləyib. Buna görə də biz də bütün gücümüzlə oynayacağıq”.
 
M.Özil hər iki komandanın növbəti mərhələyə çıxma ehtimallarının bərabər olduğunu da söyləyib: “ Öz meydanımızda yaxşı nəticə əldə etməyimiz çox vacibdir. Çünki cavab qarşılaşmasını çılğın tərəfdarlar qarşısında oynayacayıq”.

Qeyd edək ki, “Real” – “Qalatasaray” matçı aprelin 3-ü baş tutacaq.

Son xəbərlər