Azərbaycanı və “Qəbələ” boks klubunu peşəkar arenada təmsil edən Fariz Məmmədovun ötən həftə 2013-cü ildə keçirdiyi ilk reytinq döyüşündə - təcrübəli polşalı boksçu Mariuzs Biskupski üzərində qələbə qazanması barədə məlumat vermişdik.
Qol.Az-ın "Qəbələ"nin saytına istinadən yaydığı xəbərə görə, bu gün boksçumuz vətənə qayıdıb. Fariz Məmmədovu hava limanında ölkə bokssevərləri və media nümayəndələri qarşılayıb. Qalib boksçumuza çələng təqdim olunub. Daha sonra isə Məmmədovun iştirakı ilə media nümayəndələri üçün qısa brifinq təşkil edilib. Sualları cavablandıran Fariz Məmmədov diqqətə görə bokssevərlərə və ölkə kütləvi informasiya vasitələrinə təşəkkürünü bildirib. Döyüş barədə medianı məlumatlandıran boksçu döyüşün çətin keçdiyini, amma ağır məşqlər sayəsində qələbə qazandığını söyləyib:
“Döyüşə qədər bir sıra fiziki və psixoloji problemlərlə üzləşdim. Ağır məşqlərdə əlim zədələndi. Daha sonra yaxın dostum, “Qəbələ”nin sabiq əməkdaşı, keçmiş boksçu Mübariz Nəcəfov dünyasını dəyişdi. Bu hadisə mənə çox ağır təsir etdi. Mübarizlə Almaniyaya birlikdə getməliydik. Hətta onun adını məşqçi kimi iştirak ərizəsinə də salmışdıq. Amma əcəl buna imkan vermədi. Öncədən də bu görüşdə Mübarizin adına döyüşəcəyimi demişdim. Çətin döyüş olacağını bilirdik. Rəqibim peşəkar araneda məndən daha təcrübəli idi. Həmd olsun ki, döyüşdən üzüağ çıxmağı bacardım. Qələbəni Mübarizə həsr edirəm”.
Gələcək planlar barədə danışan Fariz Məmmədov qarşıda onu maraqlı döyüşlərin gözlədiyini, Avropa çempionu olmaq istədiyini bildirib:
“Maraqlı təkliflər var. Bu təkliflər üzərində düşünürük. Bildiyiniz kimi mən karyeram ərzində bir sıra titullara sahib çıxmışam. Hazırda hədəfim Avropa çempionluğu uğrunda döyüşməkdir və bu istiqamətdə irəliləyirəm. Hazırda Avropada reytinqdə ikinci sıradayam. Mayda mühüm döyüşüm planlaşdırılır. Amma rəqibim hələ ki, müəyyənləşməyib. Bilirəm ki rəqiblərim getdikcə ciddiləşir. Bundan əlavə dekabr ayında Azərbaycanda ilk dəfə Bakıda Avropa kəməri uğrunda döyüşüm gözlənilir. Məndən başqa boksçumuz Azad Əzizovun da döyüşməsi planlaşdırılır. Həmin görüşlər “Eurosport” kanalı vasitəsilə canlı yayımlanacaq”.
Sonda Fariz Məmmədov hazırlığında önəmli rol oynayan məşqçilərinə və “Qəbələ” Futbol Klubuna təşəkkürünü bildirib.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham