“Simurq”un kapitanı Rasim Ramaldanovun komandadan uzaqlaşdırılması ilə bağlı son vaxtlar yayılan məlumatlara münasibət bildirib. Qol.Az-pn məlumatına görə, o, klubu klubun rəsmi saytına müsahibə verərək, baş verənlərə şəxsən ayınlıq gətirib və “Simurq”un prezidenti ilə son görüşü haqda sualları cavablandırıb.
- “Kəpəz”lə oyunun fasiləsində nə baş vermişdi?
- Gəncə təmsilçisi ilə oyun bizim üçün çox gərgin keçdi. Çünki istədiyimiz oyunu sərgiləyə bilmirdik və bu bizi əsəbiləşdirmişdi. Təbii ki, hesabda geri düşməyimiz klub rəhbərliyinin də ürəyincə deyildi. Fasilədə klub prezidenti paltardəyişmə otağına daxil oldu. Komandanın oyunundan çox narazı idi və bu səbəbdən kapitan olaraq məni danladı. Həmin anda mən də hisslərimi cilovlaya bilmədim və buna reaksiya verdim. Bu da rəhbərliyin təbii ki, xoşuna gəlmədi və məni cəzalandırdı.
- Mətbuatda isə sənin danışdıqlarından fərqli xəbərlər yazılırdı. Bu haqda nə deyə bilərsən?
- Bəli, düz qeyd edirsiz. Bu səbəbdəndə mən, bu məsələ haqqında danışmaq istərmirdim. Kim hardan nə eşidirdisə, üstünə əlavələrində qoyub yazırdı. Guya ki, mən klub prezidentinə əl qaldırmışam. Bu cür yazanlara demək istərdim ki, birincisi Rasim o cür tərbiyə yiyəsi deyil ki, klub prezidenti ilə əlbəayaqa olsun. İkincisi də Anar müəllim klub rəhbəri olaraq, komandada hər bir futbolçu ilə gözəl münasibətlərə malikdir, o cümlədən mənimlə. İstənilən şəxs qarşılaşdığı problemi açıq şəkildə prezidentə söyləyə bilir və o, bacardığı qədər köməklik edir. Ona görə bir daha bildirirəm ki, bu hadisə haqqında yazılan informasiyaların əksəriyyəti yalan idi. Hər şey necə olmuşdu, dedim.
- Bu gün klubun rəhbərliyi ilə yenidən bir araya gəldin. Son olaraq sənin haqqında nə qərara gəlindi?
- Mən bundan öncə də Anar müəllimlə görüşmüşdüm. Sonuncu dəfə Zaqatalada “Qarabağ”la oyundan sonra söhbət etmişdik. Bu gün yenidən onun qəbuluna getdim və söhbət elədik. Görüş zamanı bildirdim ki, həmin zaman nəticəyə görə mən də əsəbi olmuşam və iradlarınıza belə reaksiya vermişəm. Buna görə də Anar müəlimdən üzr istədim. O da hər şeyi anlayışla qarşıladı və mənim yenidən komandanın düşərgəsinə qoşulmağıma razılıq verdi. “Simurq” mehriban bir ailədir. Elə bir ailədə yoxdur ki, orada nə vaxtsa söz-söhbət olmasın. Bizdə də bu cür oldu. Oturub hər şeyi müzakirə etdik və ortaq məxrəcə gəldik. Əsas odur ki, indi hər şey artıq qaydasındadır. Sabah Zaqatalaya yola düşürəm və komandanın məşqlərinə qoşulacağam. Bizi qarşıda ağır və çətin oyunlar gözləyir. Bu görüşlərdə mütləq yaxşı nəticələr qazanıb, məqsədimizə çatmalıyıq.
- “Simurq”u qarşıda “Bakı” ilə növbəti çətin sınaq gözləyir. Bu oyunda komandanızın şanslarını necə dəyərləndirirsən?
- Cəzalı olmağım, daha sonra yığma komandanın düşərgəsində olduğumdan komandanın son məşqlərində iştirak edə bilmirdim. Ancaq hər gün onlardan xəbər alırdım. Bildiyimə görə çox yüksək əhval-ruhiyyədə hazırlıqları davam etdirirlər. Premyer Liqada yaranmış fasilədən istifadə edərək Gürcüstanda qısamüddətli təlim-məşq toplanışı keçdilər və burada “Dila” kimi güclü komandanı minimal hesabla məğlub etdilər. Sabahdan mən də onlara qoşulacağam. İnanıram ki, “Simurq” bu dueldən qalib ayrılacaq.
- Milli komandanın son iki oyunu haqqında nə deyərdin?
- Fikrimcə hər iki görüşdə pis çıxış etmədik. Luksemburq o qədər də zəif komanda deyil. Üstəlik doğma meydan amili köməklərinə çatdı. Biz ələ düşən qol vəziyyətlərindən yararlana bilmədik və nəticədə səfərdən qolsuz heç-heçə ilə qayıtdıq. Portuqaliya ilə görüşdə isə ilk hissədə yaxşı oyun nümayiş etdirdik. Ancaq fasilədən sonra hakimin qərəzli qərarından sonra meydanda bir nəfər az qaldıq. Bu da komandanın oyununa təsir göstərdi. Təbii ki, 10 nəfərlə Portuqaliya kimi güclü rəqibə qarşı mübarizə aparmaq çox çətindir.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə