Millimiz Norveç yığmasına qalib gəldi (YENİLƏNİB)

Millimiz Norveç yığmasına qalib gəldi (YENİLƏNİB)
XƏBƏR 27 Mart 2013 / 19:41 2672
-  A +

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, Slovakiyanın paytaxtı Bratislavada keçirilən qarşılaşmada millimizin rəqibi Norveç yığması olub. Bakı vaxtı ilə saat 17:30-da başlanan oyunda komandamız 6:0 hesabı ilə qələbə qazanıb.

Qolları Biro Jade (5, 38), Felipe, (8), Vitali Borisov (10, 16) və İlkin Hacıyev (11) vurublar.

Komandamız növbəti oyununu martın 28-də Bosniya və Herseqovinaya qarşı keçirəcək. -


Son xəbərlər