Millimiz turnirin qalibi oldu

Millimiz turnirin qalibi oldu
XƏBƏR 27 Mart 2013 / 16:40 1585
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 17-dən etibarən Avstriyada təlim-məşq toplanışındadır.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesi çərçivəsində yığmamız turnirdə iştirak edib.

İlk oyunda Macarıstanın "Haladas" komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğradan, ikinci qarşılaşmada Gürcüstanın U-21 yığması ilə 1:1 hesablı heç-heçə edən futbolçularımız son qarşılaşmada Albaniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qalib gələrək turnirdə birinci yeri tutub.

Son xəbərlər