Qvardiola “Barselona” rəhbərliyini qorxuya saldı

Qvardiola “Barselona” rəhbərliyini qorxuya saldı
XƏBƏR 27 Mart 2013 / 14:37 3607
-  A +

“Barselona” klubunun rəhbərliyi komandalarının sabiq baş məşqçisi Xosep Qvariolanın bu komandanın bəzi çalışdırıcılarını özü ilə Münhen “Bavariya”sına aparacağından naharatdır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Pep hazırda Barselonada dincəlir. Lakin klub rəhbərliyi güman edir ki, Qvardiola eyni zamanda “Barselona”nın məşqçilər korpusunda təmsil olunan bəzi şəxslərlə məxfi danışıqlar aparır.

Qeyd edək ki, Qvardiola növbəti mövsümdən “Bavariya”da baş məşqçi işləyəcək. Almaniyanın bəzi mətbuat orqanları iddia edir ki, hazırda “Barselona”da işləyən seleksioner məşqçilər Domenek Torrenta, Karlos Plançarta və fizioterapevt Emeli Rikatda da Qvardiolayla birgə Münhen klubunda çalışacaq.

 


Son xəbərlər