Millimizin iki hücumçusu cəzalı duruma düşdü

XƏBƏR 27 Mart 2013 / 11:41 2295
-  A +

Milli komandamızın iki hücumçusu Rauf Əliyev və Vüqar Nadirov DÇ-2014-ün seçmə mərhələsinin yeddinci turunun oyununu buraxmalı olacaq.

Qol.Az-ın məlumatına görə, buna R.Əliyevin Portuqaliyaya qarşı dünən baş tutan matçda qırmızı, V.Nadirovun sarı vərəqə alması səbəb olub. Bu, V.Nadirovun cari seçmə mərhələdə ikinci sarı vərəqəsidir.

Beləliklə, hər iki futbolçu iyunun 7-də Bakıda Lüksemburqa qarşı keçiriləcək matçda iştirak etməyəcəklər.


Son xəbərlər