"Qarabağ" "Qəbələ" ilə oyuna hazırlaşır

"Qarabağ" "Qəbələ" ilə oyuna hazırlaşır
XƏBƏR 27 Mart 2013 / 11:14 1424
-  A +

"Qarabağ" Topaz Premyer liqanın XIV turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, milli komandalara  10 futbolçu göndərən  "Qarabağ" günü tək çalışmayla keçirəcək. Ağdam təmsilçisinin heyətidə milli futbolçularla yanaşı zədəli futbolçuların durumundan da xəbər var. "Turan"la yoxlama görüşündən öncə zədələnən İlqar Qurbanovun əzələ yüklənməsindən yaranmış problemi aradan qalxmaq üzrədir. Qurbanov sabahdan etibarən kollektiv çalışmalara başlayacaq. Daha bir zədəli Branimir Subaşiç isə fizioterapevt nəzarətində fərdi çalışmaqla kifayətlənir.
 
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu Martın 30-da saat 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Son xəbərlər