UEFA-dan İbrahimoviçə “yaşıl işıq”

UEFA-dan İbrahimoviçə “yaşıl işıq”
XƏBƏR 27 Mart 2013 / 01:19 2685
-  A +

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4 finalda “Barselona” ilə oynanılacaq matçların hər ikisində iştirak edə biləcək.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, UEFA hücumçunun iki matçlıq cəzasını birə endirib. Qitə futbol qurumu cəza çıxarılandan sonra ÇL-in 1/8 final mərhələsində bir oyunu buraxan oyunçuya “Barselona” ilə matçlarda forma geyməsinə icazə verib.

Qeyd edək ki, isveçli futbolçu “Valensiya” ilə matçda qırmızı vərəqə aldığına görə iki oyunluq cəzalandırılmışdı.

Son xəbərlər
30.04.26  17:08

Fati satılacaq

topaz banner